• Riçard Branson “Virgin” Qrupun təsisçisidir.
• O, özünün müxtəlif ölkələrə olan səyahətləri və sıxıcı korporativ mədəniyyətə olan nifrəti ilə məşhurdur.
Riçard Branson 1972-ci ildə “Virgin Records”u təsis etdikdən sonra “Virgin” Qrupu təsis etdi, İngiltərə kraliçası tərəfindən cəngavərlik verildi və 5 milyard dollara yaxın sərvət əldə etdi.
“Virgin”nin veb-saytına istinadən, Branson təqaüdə çıxmaq haqqında düşünmür və “vaxtının çox hissəsini qeyri-kommersiya fəaliyyətlərinə həsr edib”.
Bəs, onun gündəlik rejimi necədir?
Milyarderin hər günü fərqlidir və o, bu barədə bloq postunda yazıb.
Onun gündəlik həyatından bəzi məqamları diqqətinizə çatdırırıq:
Branson hər gün səhər saat 5-də oyanır. O, bloqunda yazır ki, “Səhər tez durmaq günümü daha effektiv planlaşdırmağa imkan verir”.
O, ailəsi və dostları çox vaxt keçirir. “Bununla mən onların mənim üçün necə əhəmiyyətli olduqlarını bilməklərini “.
Oyandıqdan sonra, Branson günə başlamağa hazırdır. Onun sevimli məşğuliyyətləri sırasında kayt-surfinq, üzgüçülük, velosiped sürmək və tennis yer alır.
2010-cu ildə o, Londonda marafon qaçışı zamanı kəpənək kimi geyinmişdi.
2009-cu ildə o, arxasında çılpaq model ilə kayt-surfinq etmişdi. Fevral ayında isə, o, bu idman növü üzrə sabiq ABŞ prezidenti Barak Obama ilə yarışmışdı.
Bloq postunda o, hər kəsi kayt-surfinqə dəvət edir.
“Kaytinqin verdiyi azadlıq hissini, həyəcanı və təbiətlə baş-başa qalmağı başqa heç nə vermir”, Branson bloq postunda yazıb.
Branson Britaniyanın Vircin Adalarında yerləşən “Necker” adasında yaşayır. O, bu adanı 1979-cu ildə 320 000 dollara alıb. “Adada yaşadığım üçün səhər tezdən oyanmalıyam, çünki digər vaxt zonalarında yerləşən ofislərimlə əlaqə saxlayıram”.
O, yazır ki, “Mən dünya oyanmamış bütün email-lərimi yoxlayıram”.
Branson ofisdə olarkən qalstuk taxmır. “Mən qalstuklara nifrət edirəm. Mən başa düşmürəm ki, insanlar qalstuku necə taxırlar”, o, bu barədə “Wall Street” Jurnalına 2014-cü ildə verdiyi müsahibəsində bildirmişdi.
Faktiki olaraq, Bransonun qalstuklara olan nifrəti digər insanların qalstuklarını kəsməyə vadar etmişdi.
O, gündəlik işində xəbərlər oxuyur, işçiləri ilə əlaqədə olur və müxtəlif sosial media platformalarında olan hesablarını nəzərdən keçirir.
“Müasir dövrdə biznes lideri biznesin nəbzini tutmağı bacarmalıdır”.
Yanında qeyd kitabçası gəzdirir. “Mənim uğurumun sirri hər zaman ideyalarımı qeyd kitabçasında yazmaq olub. İdeyalar yaranan zaman yanımda qələm və kitabça olmasa bilmirəm nə edərəm”.
Gün ərzində enerjisini qorumaq üçün Branson 20 stəkan çay içir.
Sevdiyi yeməyə gəldikdə, “Virgin” veb-saytı bildirir ki, Branson yumurta sendviçlərini sevir.
“Virgin” təsisçisinin bir çox hobbiləri var, məsələn, şahmat oynamaq kimi.
Gərgin iş və hobbilərinə baxmayaraq, rahatlanmaq üçün Branson yoqa ilə məşğul olur.
O, televizor həvəskarı deyil, lakin hərdən kinolara baxır.
Branson ailəsi və dostları ilə birlikdə şam yeməyindən sonra, axşam saat 11-də yatır. O, hər gün 6 saat yatır.
Branson deyir ki, həyata macəra hissi ilə yanaşmaq vacibdir: “Macəranın ruhu bizim qarşımıza məqsədlər qoymağa, daha çox işləməyə, çətinliklərdən qorxmamağa və şücaət göstərməyə stimul verir”.
Moneta.az