Vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 6 aylıq minimuma enib | Banco.az

Vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 6 aylıq minimuma enib

Azərbaycanda manatla verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi bu il yanvarın 1-nə 11,4% təşkil edib. 

Məlumata görə, bu, son 6 ay üzrə minimum həddir. Belə ki, ötən il iyunun 1-nə vaxtı keçmiş manat kreditlərinin xüsusi çəkisi 10,7%, iyulun 1-nə isə 11,5% təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin əvvəlinə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 11 757,8 mln. manat olub ki, bunun da 6 953,6 mln. manatı və yaxud 59,1%-i milli valyuta, 4 804,2 mln. manatı və yaxud 40,9%-i isə xarici valyuta ilə verilib.