Banklar ehtiyata nə qədər pul ayırıb? | Banco.az

Banklar ehtiyata nə qədər pul ayırıb?

Hər bir bank çalışır ki, dövriyyədə istifadə etdiyi vəsaiti daha çox olsun, lakin buna baxmayaraq, riskləri nəzərə alaraq, öz kapitalının bir qismini ehtiyat kimi ayırmalıdır.

Ehtiyatlar nədir və bank hansı məqsədlərlə ehtiyat yaradır?

Xüsusi ehtiyatlar (ehtiyatlar) - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir.

Ehtiyatlar qısa şəkildə izah edilərsə bankın fəaliyyəti ərzində mümkün zərərlərinin qarşılanması məqsədilə ayrılır.

Belə izah etsək ki, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bank bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Bu ehtiyatların ayrılması əlbəttə ki, müəyyən meyarlar əsasında aparılır. Aktivlər üzrə gecikmə günləri artdıqca və ya aktivin keyfiyyəti aşağı düşdükcə, uyğun olaraq bu zərərləri qarşılaya biləcək ehtiyatların faizləri də artır. Ehtiyat faizləri üzrə ehtiyat məbləğləri hesablanaraq ehtiyatlanmanın yaradılması aparılır.

Qeyd edək ki, ehtiyatların yaradılması yaxşı haldır, çünki bank aktivləri ilə bağlı itki yarandıqda yaradılmış ehtiyatlarla həmin itkilərin bir hissəsini qarşılaya biləcək. Lakin unutmayaq ki, ehtiyatlar da bankın aktivlərinin risk ölçüsündən asılıdır. Bank nə qədər çox ehtiyat yaradırsa, bu onun daha çox riskli aktivlərə malik olduğunu göstərir. Düzdür, banklar pullarını ehtiyata ayıraraq onların heç bir gəlir gətirmədən dövriyyədən kənar qalmasını istəmir, amma bu, proses qanunla tənzimlənir.

Banco.az olaraq 2017-ci ilin yekun maliyyə göstəricilərini açıqlayan bankların aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlarını müəyyən etdik və onları həcminə görə sıraladıq. Baxaq banklarımız ehtiyata nə qədər vəsait ayırıb:

Bank

Ehtiyatlar

(manat)

Beynəlxalq Bank

271.359.000

Kapital Bank

48.734.780

Bank of Baku

41.517.000

Nikoil Bank

31.198.300

AFB Bank

30.006.189

Xalq Bank

25.193.970

Rabitəbank

20.128.000

Muğanbank

19.013.390

Bank Respublika

15.481.000

AccessBank

13.688.000

Paşa Bank

12.312.000

Bank Silk Way

7.213.770

Atabank

5.188.550

Yapı Kredi Bank Azərbaycan

4.866.000

Unibank

3.825.000

Amrahbank

3.633.623

Gunay Bank

3.204.884

NBC Bank

1.611.000

ASB Bank

1.354.420

AGBank

1.346.970

Ziraat Bankı

1.231.200

Turanbank

1.148.000

Bank Avrasiya

506.570

Expressbank

479.000

Bank BTB

-5.350.000

VTB Bank Azərbaycan

-39.919.230

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldə ilk sıralarda yer alan bankların ölkənin ən böyük bankları olduğunu nəzərə alsaq, deyə bilərik ki, hər bir bankın kredit portfelinin ölçüsünə mütənasib olaraq risk ölçülü aktivləri vardır. Bu isə niyə həmin banklarda digərlərindən daha çox ehtiyat olmasını açıqlayır.

Siyahıda gördüyünüz Bank BTB və Bank VTB Azərbaycanın ehtiyat məbləği mənfi göstərilib. Bunun açıqlaması isə odur ki, hesabatlarından da bəlli olduğu kimi həmin banklar ehtiyat ehtiyat məbləğini göstərilən həcmdə azaldaraq onu gəlir kimi tanıyıblar. Banklar isə ehtiyatlarını yalnız riskli aktivlərinin azalmasına mütənasib olaraq azalda bilərlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et