Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "AzSığorta" ASC-nin yeni müasir üslubda dizayn olunmuş baş ofisinin açılışı olub. Açılış mərasimi şirkətin rəhbərliyi və media nümayəndələrinin iştirakı ilə baş tutub.
Daima işçilərinin rahatlığını düşünən "AzSığorta", baş ofisini də buna uyğun dizayn edib. Yeni ofisin əsas üstünlüyü isə onun "open space" formatında olması olub.
Açılışda media nümayəndələrini qəbul edən və onların suallarını cavablandıran "AzSığorta" ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov, şirkətin gələcək planlarından da danışıb. Yeni ofisin açılışı ilə yeni xidmətlərin də yaradılacağını deyən Sədr, ofisin yeni plan və strategiyalarının bir hissəsi olduğunu deyib. Şirkət olaraq daha çox keyfiyyətə önəm verdiklərini qeyd edərək bildirib ki, ili mənfəətlə bitirməkdən daha çox, şirkətin fəaliyyətini daha da genişləndirmək və investisiya xərclərini artırmaq nəzərdə tutulub. Bu baxımdan xərclərin çox olacağı gözləniləndir.
"AzSığorta" ASC 2006-cı ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 20,3 mln. manatdır.