Dollar avroya qarşı möhkəmlənir | Banco.az

Dollar avroya qarşı möhkəmlənir

ABŞ-ın 10 illik istiqrazlarının faizi 2,7141%-ə yüksələrək son 4 ilin maksimal səviyyəsinə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, faizlərin artması dolların qlobal valyuta bazarında möhkəmlənməsinə gətirib çıxarıb.

Dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi ötən həftə ECB rəhbəri Mario Draginin açıqlamalarından sonra 1,25 USD/EURsəviyyəsinə yüksəldikdən sonra hazırda 1,2375 səviyyəsinə geriləyib. Tokioda yerləşən "CIBC World Markets" maliyyə qrupunun rəhbəri Ko Haruki bildirib ki, ABŞ-ın 10 illik istiqrazlarının faizindəki artım dollara tələbi artırır.

Ən sərfəli kredit üçün müraciət et

"Report" xəbər verir ki, USD/EUR məzənnəsi son 1 ayda sürətlə yüksəldiyi üçün bir qədər geriləyə bilər: "Məzənnənin 2018-ci il üçün maksimal səviyyəsi isə 1,26-1,27 USD/EUR diapazonunda olması ehtimal edilir. FED-in bu il uçot dərəcəsini ən azı 3 dəfə artırması diqqətə alınaraq dolların ikinci yarımillikdən möhkəmlənəcəyi proqnozlaşdırılır".

Ən sərfəli krediti almaq üçün müraciət et