ÜDM həcminə görə dünya ölkələri - İLK 20 | Banco.az

ÜDM həcminə görə dünya ölkələri - İLK 20

Cədvəldə 2017-ci ildə dünya ölkələrinin ümumi daxili məhsulu sıralaması göstərilir. 

Qlobal ümumi daxili məhsul (ÜDM) təxminən 75 trilyon dollar təşkil edir ki, ABŞ-ın ÜDM-i bunun yalnız 18 faizini təşkil edir. Maraqlıdır ki, BRIC (Braziliya, Rusiya, Hindistan və Çin) dövlətlərindən biri olan Çin, bu göstəriciyə görə ABŞ-a yaxınlaşır. Həmçinin proqnozlara əsasən, Çin 2030-cu ildə ən yüksək ÜDM səviyyəsinə sahib olacaq və ABŞ-ı əvəzləyəcək.

Bir ölkənin ümumi daxili məhsulu, xərclərin və ticarətin nəzərə alınması yolu ilə hesablanır, ölkənin ümumiyyətlə bir il ərzində, etdiyi istehsalı göstərir və bu il ərzində istehsal edilən malların və xidmətlərin dəyərini təmsil edir. 

Ən sərfəli kredit üçün müraciət et

Diaqramda qonşu dövlətlər olan Rusiya 1,469 trilyon dollar ÜDM ilə 12-ci, Türkiyə 841 milyard dollar ÜDM ilə 17-ci olub.

Mənbə: Statista

Ən sərfəli krediti almaq üçün müraciət et