23 yanvar tarixindən etibarən kriptovalyuta bazarlarında az da olsa canlanma müşahidə edilir. Cənubi Koreya hökumətinin kriptovalyuta ticarəti ilə məşğul olan anonim hesablara qadağa qoyacağı açıqlamasından sonra buna reaksiya verən kriptovalyuta bazarlarında artım nəzərə çarpır.
Cənubi Koreyanın kriptovalyuta ticarətində istifadə olunan anonim hesabları çirkli pulların yuyulması və vergidən yayınma kimi hadisələrin baş erməsi səbəbi ilə qadağan etməyə başlayacağını bildirməsi həftə içində bazarlarda enişə səbəb olmuşdu. İşin maraqlı tərəfi əsas mətbuat orqanlarının dərc etdiyi bu xəbərin əslində dekabr ayından etibarən məlum olması idi. Bu xəbərlərin təsiri bazarda xüsusi enişə zəmin yaratdı. Ancaq qadağanın əhatəsinin başa düşülməsi ilə bazarlarda yenidən canlanma başladı.
Xüsusilə, uzun müddətdir vurğulandığı kimi Cənubi Koreyada kriptovalyutaların qadağan edilməsinin müzakirə mövzusu olmadığı xəbəri də bazara hələlik müsbət təsir edərkən, bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil.
Cənubi Koreya hökumətindən verilən açıqlamada kriptovalyuta birjalarına pul göndəriləcək bank hesablarının birjalardakı adlarla uyğunlaşmasını məcbur etmiş və ölkənin ən nüfuzlu bankları da bu məsələdə birjalarla əməkdaşlıq edəcəklərini açıqlamışdı.
Xəbərlər çox da yeni deyil
Əslində, Cənubi Koreyanın kriptovalyutaların tənzimlənməsi istiqamətində belə bir addım atacağı dekabrın sonlarından etibarən məlum idi. Hökumət səlahiyyətliləri mediaya verdiyi açıqlamada belə bir qadağanın gözlənilən olduğunu bildirmiş və dəqiq tarixxi açıqlamayaraq başlanğıc üçün yanvarın sonuna işarə etmişdi. Bu gün verilən açıqlama ilə yeni qaydaların yanvarın 30-dan etibarən tətbiq olunacağı xəbəri ictimaiyyətlə paylaşılıb.
Cənubi Koreya hökuməti yanvarın ortasında erdiyi açıqlama ilə kriptoalyuta birjalarında virtual hesabları olan vətəndaşların bu hesab məlumatlarını yeniləyərək real adları ilə uyğunlaşdırmasını istəmiş, bunu etməyi rədd edən vətəndaşları isə ağır cəzalar gözlədiyini açıqlamışdı.
Həmçinin Cənubi Koreya hökuməti ölkələrinə məxsus olmayan kriptovalyuta birası istifadəçilərinin də ölkədə əməliyyat həyəta keçirən kriptovalyuta birjalarına investisiya qoymasını, ticarət etməsini və pul çıxarmasını da qadağan edib.
Yerli xəbər agentliyi “Yonhap” hökumətin yanvarın 22-dən etibarən kriptovalyuta birjalarına 22 % korporativ vergi və 2.2 % yerli gəlir vergisi tətbiq etdiyini oxucuları ilə bölüşmüşdü.
Bazarların buna reaksiyasını müəyyənləşdirmək çətin olsa da, bu mərhələdə yavaş-yavaş yükləlişləri başladığını demək olar. Dünən gecə bir müddət ciddi eniş yaşayan Bitcoin hazırda toparlanmağa çalışır. “CoinMarketCap”-in məlumatlarına görə, hazırda 5.75 %-lik yüksəlişlə 11274 dollardan əməliyyat reallaşdırır.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.