Bu gün sizlər üçün dövlət xətti ilə verilən ipoteka kreditlərini araşdırdıq. İpoteka Fondundan aldığımız məlumata görə hal-hazırda güzəştli ipoteka kreditlərinin verilməsi dayandırılıb, lakin adi ipoteka kreditlərinin verilməsi davam edir.
Biz isə sizlər üçün ən aşağı faiz dərəcəsi ilə adi (standart) ipoteka krediti əldə edə biləcəyiniz bankların siyahısını hazırladıq. Ev almaq çox bahadır deyirsinizsə, bu banklardan ən sərfəli faizlə ipoteka krediti götürərək mənzil sahibi ola bilərsiniz. :)
Digər şərtlərlə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Bank |
İllik faiz dərəcəsi |
Müddət (il) |
Məbləğ (məbləğ) |
Bank Avrasiya |
6,5% |
25 |
150 000 |
Beynəlxalq Bank |
7% |
25 |
150 000 |
Expressbank |
7% |
3-30 |
150 000 |
Muğanbank1 |
7% |
25 |
150 000 |
NBC Bank |
7% |
25 |
150 000 |
Nikoil Bank2 |
7% |
25 |
150 000 |
Rabitəbank3 |
7% |
25 |
150 000 |
Turanbank |
7% |
25 |
150 000 |
- Qeyd edək ki, Muğanbank yalnız "Kristal Abşeron"a məxsus mənzil əldə edən şəxslərə ipoteka krediti ayırır.
- Əgər Nikoil Bank-dan ipoteka götürərkən məbləğin 20%-i həcmində ilkin ödəniş edirsinizsə, bu zaman sizin ipoteka kreditiniz illik 7% dərəcəsi ilə rəsmiləşdirilir.
- Əgər siz, əmək haqqınızı Rabitəbank-ın əmək haqqı kartları vasitəsi ilə alırsınızsa və ya sizin çalışdığınız müəssisə Rabitəbank-ın xüsusi siyahısına daxildirsə, o zaman Rabitəbank-dan 7% illik faiz dərəcəsi ilə ipoteka krediti götürə bilərsiniz.
Təbii ki, ipoteka kreditləri üçün müraciət edərkən İpoteka Fondu və bankların qoyduqları tələblərə cavab verməlisiniz.