Dünyanın ən böyük online pərakəndə şirkəti olan Amazon kassa aparatı və satıcısı olmayan tam avtomatlaşdırılmış Amazon Go mağazasının rəsmi açılışını elan etdi. Bu barədə şirkətin saytında məlumat verilib.
2016-cı ilin dekabr ayından etibarən mağaza yalnız şirkətin işçiləri üçün test rejimində işləyirdi. 2017-ci ilin başlanğıcında Amazon Go-nun hamı tərəfindən rahatlıqla istifadə edilə biləcəyi bildirilir. Bununla birlikdə, sistemdə 20-dən çox ziyarətçinin bir anda izlənilməsi problemlər yaşada bilər deyə, mağazanın açılşı təxirə salınır.
Mağazanın prinsipi Just Walk Out sisteminə əsaslanır. Mağazaya girmədən öncə Amazon Go müştərisi cihazın ekranında QR kodunu oxumaq üçün smartfondan istifadə edir. Ardından həmin sistem virtual çek vasitəsi ilə alınan bütün məhsulları yaddaşında saxlayır. Əgər alıcı məhsulu almaq fikrindən daşınarsa, onu rəfin üzərinə qoyması yetərlidir, çünki bu zaman sistem həmin məhsulun alınması barədə əmr virtual çöp səbətinə yollayır. Satış bitdikdən sonra alıcı bu barədə qəbz əldə edir.
İlk ağıllı supermarket Amerikanın Seattle ştatındadır. Market bazar ertəsindən cümə gününə kimi səhər saat 7-dən axşam saat 9-a qədər açıq olur. Mağaza sahəsi təxminən 167 m²dir. Rəsmi açılış bu gün planlaşdırılır.