Bitcoini bildik, bəs digərləri nədir? – Üç maddədə altcoinlər | Banco.az

Bitcoini bildik, bəs digərləri nədir? – Üç maddədə altcoinlər

Yəqin  məlumatınız var,  bu hər kəsi zəngin edən bitcoinlər haqqında. Bitcoin yeni dövrün rəqəmsal pul vahididir. Bu nöqtə önəmlidir, çünki televizorlarda tez-tez eşitdiyimiz bitcoin  virtual dəyər ölçüsü deyil, rəqəmsal dəyər ölçüsüdür.

Yaxşı bəs altcoinlər? Qardaş pul Bitcoində deyile, altcoindədir deyənlər də yəqin qarşınıza çıxıb.  Gəlin bu altcoinlərlə tanış olaq.

1. Hardan çıxdı bu altcoinlər?

Hər bir bazarda tələb və təklif amili vardır, məsələn bitcoinə təlabat artdıqca fərqli kriptovalyutalar təqdim edən şirkətlər meydana gəlməyə başladı.  Bu coinlərin müqayisədə alqoritmalarının Bitcoindən fərqlənməsi və  əməliyyatların nisbətən daha sürətli olması ilə seçilirdi.  Elə ona görə də onları altcoin adlandırmağa başladıq. Günümüzdə 200-dən çox altcoin mövcuddur və onlar Bitcoin Exchange sistemində böyük maraq görməyə başlamışdır.

2) Pul Bitcoində deyil, altcoindəmi?

Bitcoin almaqda gecikən, bu sektora yeni girən insanlardan bu cümləyi tez-tez eşidərik.  Bu nə qədər doğru olsa da, riskli olma ehtimalı da mövcuddur.

Sizi çox yormadan sadəcə Tron Coinə aid bir qrafikə nəzər salmağınızı istəyirəm. (11.01.2018)

Ən sərfəli kredit üçün müraciət et

Məncə, tablodakı qrafika bizə çox şeyi aydın başa salır

3) Bu altcoini harda satırlar?

Məhsul almağa gedədə bazara girərik və lazım olanları alarıq. Lakin altcoinlər onlayn platformalar üzərindən alınır.  Bunun üçün iki seçim sizə təklif edirəm, birincisi kredit kartı ilə altcoin satan birjalar ikincisi isə bitcoinlə əməliyyatlar edən altcoin birjaları.

İlk seçimi seçənlərin daha əvvəllər bitcoinlə əməliyyat etmədiyi barədə düşünsək, balinalarla dolu dənizə girməyi məsləhət görməzdim.

İkinci təklifim isə Binance.com  Komisyon ödənişlərini azlığı və  sürətli əməliyyatlar ediləsi ilə seçilən bu platforma tam sizin üçündür. Uğurlar !

Xəzər Aslanov. Banco.az

Bu da maraqlıdır:

Altcoinlər barədə suallara cavab