4 ildən sonra personal cihazlar insanın psixoloji vəziyyətini təyin edə biləcək | Banco.az

4 ildən sonra personal cihazlar insanın psixoloji vəziyyətini təyin edə biləcək

Bu cür proqnozu “Gartner” adlı tədqiqat şirkəti hər il təqdim etdiyi hesabatda verib.

Şirkətin analitikləri güman edirlər ki, yaxın illərdə smartfonlar və daşına bilən digər cihazlar insanın emosiyalarını və onun vəziyyətini təyin edə biləcək və beləliklə onun həyat müddətini uzada biləcəklər. 4 ildən sonra personal cihazlar insanın emosiyalarını öyrənərək onun psixoloji vəziyyətini təyin edə biləcək alqoritmlərə sahib olacaqlar. Müəyyən müddətdən sonra cihazlar o dərəcədə təkmilləşəcəklər ki, onlar hansısa insanın yaxınları və dostlarından daha yaxşı həmin insanın emosiyalarını təyin edə biləcəklər. Analitiklər bu cür proqnozlar veriblər.

Cihazlar nəinki istifadəçinin yalnız hal-əhvalını öyrənəcək, həmdə müəyyən hal-əhvala adaptasiya olacaqlar. Cihazlar hər bir insana individual yanaşma seçməyi öyrənəcəklər. Bu cür şərtlərdə süni zəka texnologiyalarına ehtiyac olacaq. “Cihaz istehsalçıları öz məhsullarının hər bir funksiyalarına süni zəkanı əlavə etməli olacaqlar. Əks halda onlar bazardan kənarda qala bilərlər” – deyə şirkət tədqiqatının aparıcı mütəxəssisi bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Hələ ki, gələcəkdə olacaq bu trendi indiki vaxtda ABŞ və Avropada məşhurlaşmış səsli köməkçilər misalında müşahidə etmək olar. Belə ki, bu il amerikalıların demək olarki yarısı “ağıllı” səsgücləndirici almaq fikrindədir. Lakin 2018-ci ildən sonra istehlakçı sektorunda süni zəka texnologiyaları təkcə səsli köməkçilər ilə məhdudlaşmayacaq. Süni zəka proqram təminatı, videooyun, tibbi diaqnostika, idman və avtomobil istehsalı kimi sahələrə də inteqrasiya olunacaq.

Ən böyük faydanı isə daşına bilən cihazlar gətirəcək. Şirkətin proqnozlarına əsasən daşına bilən cihazların istifadəsi nəticəsində istifadəçilərin 10%-də həyat tərzi dəyişiləcək. Bir qayda olaraq isə həmin insanların həyat müddətləri 2021-ci ilə kimi ortalama yarım ilə kimi uzanacaq. Bu cür nəticələri təkcə ixtisaslaşdırılmış cihazlar deyil smart saatlar və fitnes qolbaqlar kimi gündəlik cihazlar da əldə edəcəklər. Bu trendin sübutunu artıq müasir zamanda görmək olar. Məsələn sadalanmış cihazlara sahib olan 10 insandan 2-si özündə müxtəlif növ xəstəlikləri aşkar edib.

technote.az