Kriptovalyuta bazarlarının durğunluq yaşadığı dönəmdə NEO özünün ən yüksək dəyərinə sahib olaraq yeni rekorda imza atıb. Son 24 saatda 25 faizdən çox artan NEO hazırda 187 dollar civarında müəyyən olunur.
Paylanmış şəbəkə texnologiyası ilə ağıllı iqtisadiyyat yaratmaq məqsədi güdən NEO infrastrukturundan dolayı Çinin Ethereum-u olaraq adlandırılır. Eyni zamanda, Çinin yerli kriptovalyutası hesab olunan NEO-nun dünyanın ikinci ən böyük iqtisadiyyatından da pay ala biləcəyinə inanırlar.
NEO-nun yüksəlişinə səbəb olan amillər
Zaman keçdikcə məşhurlaşan və startap layihələrə ciddi maliyyə dəstəyi ayıran ICO-lar əməliyyat ödənişləri səbəbiylə son vaxtlar Ethereum-un əvəzinə NEO-dan istifadə etməyə başladılar. NEO-nun GAS tokenləri ICO-lar tərəfindən ağıllı müqavilələrə dəstək üçün istifadə olunacaq. NEO sahibləri GAS istifadə edərək dividendlər əldə edə biləcəklər.
Üstəlik, Ethereum-da ağıllı müqavilələr yaratmaq istəyən devolperlər platformanın xüsusiyyətli proqramlaşdırma dili “Solidity”-ni öyrənməlidir. NEO digər tərəfdən C # ve Java ilə yazılmış olub, inkişafı dəstəkləmək üçün topluma qoşulmaq istəyən devolperlər üçün daha əlçatan vəziyyətə gəlib.
Bu paylaşılma çox məntiqli hesab olunur: BTC kripto 1.0, ETH kripto 2.0 ve NEO kripto 3.0 idi.
Məqalənin əvvəlində qeyd etdiyimiz kimi, kriptovalyuta bazarlarının ümumilikdə narahatlıq yaşadığı bu dönəmdə NEO Ethereum kimi güclü infrastrukturun verdiyi güvənlə bazar dəyərini 12 milyard dollara çatdırdı. Bazar dəyəri reytinqinə görə NEM ilə demək olar ki, üst-üstə düşən kriptovalyuta 8-ci yerdədir və son 24 saatlıq əməliyyat həcmində isə 1.3 milyard dollar ilə olduqca yüksək həcmə sahibdir.
NEO coin-i dəstəkləyən 66 kriptovalyuta birjası mövcuddur. Onların arasında ən yüksək həcmə malik olanı isə qısa müddətdə dünyanın ən böyük birjalarından birinə çevrilmiş “Binance”-dır. NEO alış-satışlarında NEO / BTC, NEO / ETH, NEO / USDT və NEO / BNB başda olmaqla, 24 saatlıq əməliyyat həcmləri 500 milyon dolları keçir.
Bitcoin və digər kriptovalyutalar haqqında ətraflı saytımızın Kriptovalyutalar bölməsində - http://banco.az/…/news-cat/kriptovalyuta