"ABB aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb"- Moody's | Banco.az

"ABB aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb"- Moody's

"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb".

 

Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən “APA-Economics”ə bildirilib. 

 

Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.

 

“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, - deyə agentlikdən bildirilib.