Fiziklər, biznes məsləhətçiləri, filosoflar və başqa sənaye liderləri 2017-ci ilin biznesi haqqında rusiyanın RBC saytına müsahibə veriblər. Banco.az komandası onların biznes haqqında hansı fikirlər səsləndirdiklərini sizlərə təqdim edir.
Nassim Taleb
Taleb məşhur müasir filosoflardan biri eyni zamanda da The Black Swan kitabının müəllifidir. Qismən birja işləri ilə məşğul olan, qismən də yazıçılıq edən Taleb özünü ehtimal nəzəriyyəsinə həsr etmiş insanlardandır. New York universitetində ehtimal nəzəriyyəsinin risklərinin idarə edilməsi sisteminə təsiri ətrafında mühazirələr deyən Taleb 1987-ci ildə New York birjasının çöküşünü öncədən təxmin etmiş , 2001-ci ilin 11 sentyabr hadisəsinə bənzər bir hadisənin baş verəcəyini bir həftə öncə yazdığı məqaləsində qeyd etmişdir. Onun əsas məsləhətləri aşağıdakılardır.
1) Ən yaxşı qərarlar insan özünü riskə atdığı zaman qəbul edilir.
2) Bir insanın ödənişləri nə qədər çoxdursa, o qədər çox özünü kölə kimi hiss edəcək
3) Şirkətlərə yeni idarə sistemləri deyil, özlərinə uyğun işçilər tapıb onlara imkanlar yaradılmasını məsləhət görərdim.
İchak Adizes
Bank of America, Coca-Cola, IBM kimi şirkətlərdə konsultant olaraq çalışan, Adizes institutunun təsisçisi olan İschak müsahibəsində rus şirkətlərinin əsas problemlərindən, xususilə Rusiyada biznesin dövlət idarəçiliyi kimi qurulduğundan bəhs edir.
1) Şirkətlərdə sərbəst düşüncəli idarəçilər olduqda dərhal şirkət tərəfindən sıxışdırılır.
2) Əgər şirkətin istehsal menecerləri yaxşı, lakin ən zəif hissəsi marketinq sahəsidirsə, hansı ki o bazarı araşdırır, bu o deməkdir ki şirkət məhsulu yaratdıqdan sonra nə olacağı ilə maraqlanmır.
3) Menecerlər öz komanda üzvlərinin fikirlərinə hörmətlə yanaşmalı, təkhakimiyyətlilik etməməlidirlər.
Jaggi Vasudev
Rusiyanın ən böyük bankı Sperbankın CEO-su Herman Grefin xaişini nəzərə alaraq həmin bankın əməkdaşlarına seminarlar deyən Isha fondunun qurucusu, filosof Jaggi seminarlarda əldə etdiyi təcrübələr barədə söhbət açır.
1) Əhəmiyyət vermədiyimiz kiçik məsələlər sonda böyük məsələlər çevrilərək başımızı ağrıdır.
2) Əsas sual budur ki, daha çətin vəziyyətlərdə işləməyə hazırsınızmı? Əgər cavabınız yoxsa özünüzü bunun üçün hazırlamağa çalışın.
3) Əgər zəhmət çəkirsinizsə və zəhmət çəkmə qorxunuzu dəf edə bilirsinizsə bu o deməkdir ki siz işinizdə ən çətin vəziyyətlərdə belə xoşbəxtsiniz.
Marshall Goldsmith
Dünya Bankının, Ford, Walmart, Pfizer kimi şirkət əməkdşlarına biznes treynqinləri keçən Marshall öz müsahibəsində Ford şirkətinin yüksəlişi barədə danışdı.
1) Əgər sadəcə bir menecersəniz, özünüzü inkişaf etdirin. Yox əgər şirkətin rəhbəriysəniz onda işçilərinizi də inkişaf etdirin.
2) Bu günlərdə şirkət liderlərini daha çox intellektual olaraq görürlər. Yəni şirkət işçiləri liderlərdən öyrənməyə çalışır. Amma məsələ tam əksi olmalıdır, liderlər öz əməkdaşlarından öyrənməlidir.
3) Güzgüyə baxıb çatışmazlıqları görmək lazımdır, amma bu göründüyü kimi asan olmur.
Dave Logan
New York Timesın ən çox satan kitablarından olan Tribal Lidership kitabı ilə tanınmış Amerikan yazıçısı , eyni zamanda Tedx spikeri Logan öz müsahibəsində maraqlı fikirlər səsləndirib.
1) Həyatın birinci qanunu : Heç vaxt nəyisə yarıyolda buraxmayın.
2) Google liderlərinə fikir verin, daima hərəkətdə idilər. İş dünyasını izləyib insanlarla necə əlaqə qurmağı öyrəndilər. Multikulturalizm boş fikir deyil.
3) Gənclər dəyişmək istəyir, çünki dəyişmək inkişafdır. Lakin dünya dəyişməyi qəbul etməyən yaşlılar tərəfindən idarə olunur.
Mark Goulston
Goldman Sachs, Deutsche Bank, Bloomberg, Kodak, Bank of America kimi müəssisələrdə məsləhətçilik edən Mark öz fikirlərini RBC ilə bölüşüb.
1) Gələcək vizyonu olanlar üçündür, əsas vizyon bacarığı isə başqalararının nələrə ehtiyacı olacağını anlamaqdır.
2) İnsanlar özləri ilə söhbət etmək, dünyaya baxış tərzini başqalarına izah etmək istəyirlər. Amma bu yaxşı xususiyyət deyil.
3) Şirkət əməkdaşlarının xoşuna gəldiyi 6 söz var. Bu sözlər onları işləməyə həvəsləndirir: "vizyon", "missiya", "mədəniyyət", "strategiya", "dəyərlər", "məqsədlər"
Michio Kaku
Məşhur fizik, City College of New York-da fizika sahəsi üzrə Henry Semat professoru ünvanını əldə edən Kaku robotlardan və ölümsüzlük məsələlərinə aid fikirlər səsləndirib.
1) Təkcə texnologiya deyil, cəmiyyət də rəqəmsallaşır. Bu isə gözümüzün önündə baş verir.
2) Alqoritmlər insanları əvəz edə bilməz, sadəcə yaxşı qərar verməsinə köməklik edər.
3) Köklü dəyişiklər təsəvvür etdiyimizdən də daha yaxındır.
Xəzər Aslanov. Banco.az
Bu da maraqlıdır: