İslandiyada parlamentin razılığı ilə qəbul olunan yeni qanuna əsasən, iş yerlərinə, kişi işçilərə qadın işçilərdən daha çox maaş verilməsi qadağan edildi. Bu qanun 1 yanvar 2018-ci il tarixindən tətbiq olunmağa başlayıb.
Təqdim olunan təklifə əsasən həm dövlət, həm də özəl müəssisələr qadın və kişi işçilərinə eyni miqdarda əmək haqqı ödədiyini təsdiq edən sertifikat almalıdır. Bu sertifikatı almayan şirkətlər isə cərimələnəcəklər.
Belə təkliflər İsveçrə və ABŞ kimi ölkələrdə irəli sürülsə də, ilk dəfə məcburi olaraq İslandiyada qəbul olunmuşdur.
Dünya İqtisadi Formu-nun 2017-ci ildə yayımladığı Gender Berabersizliyi Hesabatına əsasən ən az gender problemi yaşanan ölkələrdən biri elə İslandiyadır. 2022-ci ilə qədər bu ölkə gender problemini tamamilə aradan qaldırmağı hədəfləyib.