Magis Leap One Creator Edition eynəyi: Artırılmış Reallıq məhsulu | Banco.az

Magis Leap One Creator Edition eynəyi: Artırılmış Reallıq məhsulu

Magic Leap startapı öz rəsmi səhifəsində özünün yeni məhsulu olan Artırılmış Reallıq(Augmented Reality) qurğusu haqqında məlumat verərək onun fotosunu öz saytında yerləşdirmişdir. Qeyd edim ki, startap hələ 2 ay bundan öncə oktyabr ayında bu layihə üçün 1,9 milyard dollar investisiya cəlb edə bilmişdir. Magic Leap One Creator Edition adı altında modelin hazırlanmsı bir neçə il ərzində çox yüksək sirli, məxfilik qorunmaqla işlənib hazırnamışdır və ilk dəfə olaraq startap onun detalları haqqında məlumatları yaymışdır.

İşləmçilər(developerlər) üçün nəzərdə tutulmuş Magic Leap One Creator Edition komplekti 3 qurğudan ibarətdir. Onlardan biri Digital Lightfield texnologiyası əsasında hazırlanmış Lightwear eynəyidir. Bu eynək ona geydirilmiş 6 kameradan, yüksək sinifli dinamik və mikrofondan, müxtəlif sensor və datçiklərdən ibarətdir. Bu məhsul bir səs və jest də daxil olmaqla neçə giriş rejimini dəstəkləyir, həmçinin başın hərəkətini tanıyır və baxışları izləyir. Eynəyə Lightpack adlı hesablama modulu qoşulmuşdur. O dairəvi korpusda böyük olmayan blok kəmərə bağlanmış, data və qrafikin emalına cavabdehlik daşıyır. Lighpackin məhsuldarlığının MacBook Pro və oyun kompüteri Alienware-nin məhsuldarlığı ilə üst üstə düşdüyü bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Ününcü element isə Haptic Feedback texnologiyasını özündə birləşdirən və sensorlu idarəetməni dəstəkləyən simsiz kontrollerdir.

Yeni innovativ məhsul olan Magic Leap eynəyinin qiymətinin təxminən 1000-1500 dollar arasında olacağı bildirilir və 2018-ci ildən satışa çıxacağı gözlənilir.

Mənbə: digitalazerbaijan.az