Dünyada Data Mərkəzlərin 44%-i bu ölkənin payına düşür: HESABAT | Banco.az

Dünyada Data Mərkəzlərin 44%-i bu ölkənin payına düşür: HESABAT

ABŞ-ın Synergy Research Group tədqiqat mərkəzinin son hesabatında dünyanın əsas bulud və internet data mərkəzlərin 44%-nin ABŞ-da yerləşdiyi haqqında məlumat verilir. Hesabatda növbəti üç ildə də data mərkəzlərin sayına görə dünyadakı payını 44% faizdən bir qədər artıracaqdır. Hesabatda həmçininin dünyadakı hipermiqyaslı data mərkəzlərin 50%-nə yaxınına bu ölkənin nəzarət etdiyi qeyd edilir. Bundan başqa bulud və internet data mərkəzləri bazarında bazarda dominat mövqeyə malik olduğunu bildirirlər. Hesabatda digər ölkələrində data mərkəz sənayesini inkişaf etdirdiklərini və yaxın zamanda bu sektorda ciddi irəliləyişlərin olacağını söyləyirlər. Hesabatda Google, Amazon, Microsoft və digər bulud provayderlərin inanılmaz templə yeni data mərkəzlərin tikintisinin davam etməsi barədə məlumat verilir. Hipermiqyaslı artım azalmayan sürətlə davamedir və ən azı 69 hipermiqyaslı data mərkəzin layihələndirmə mərhələsində olduğu və ya tikinti işlərinin getdiyi haqqında məlumat verilir. Bunların 2019-cu ilin əvvələrində istismara veriləcəyi haqqında geniş məlumat verilir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda bildirilir ki, 2017-ci ilin ikinci yarısı ərzində Almaniyada, İngiltərədə, Sinqapurda, Avstraliyada, Braziliyada bir sıra data mərkəzlər açılmışdır. Çində də bu sektorun yüksək sürətlə inkişaf etdiyi bildirilir və oradakı data mərkəzlərin əsas müştərilərinin Tencent və Baidu kimi nəhənglər olduğu qeyd edilir.

Bulud texnologiyalarının data mərkəz bazarına yeni nəfəs verməsi, sürətin şəbəkələr üçün 100Gbit-dən 400Gbit-ə çatması və Ethernet kommutatorları hesabına bu sektorda inanılmaz inkişaf barədə söz açılır. Hesabatda DellOro şirkəti ilə birgə araşdırmasından görünür ki, Data Mərkəz bazarının həcminin 2021-ci ilə qədər 14 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Mənbə: digitalazerbaijan.az