Məqsədindən (təyinatından) asılı olaraq kreditləri bir neçə qrupa bölmək olar. Amma ümumilikdə kreditləri istehlak və biznes (kommersiya) kreditləri olmaqla iki hissəyə ayıra bilərik.
Biznes kreditləri - insanlara yeni biznesə başlamaq, mövcud biznesi genişləndirmək, biznesdə istifadə olunacaq avadanlıqları almaq, xammal almaq və s. məqsəd ilə verilir. Yəni vəsait yeni bir işə yatırılır ki, siz də gələcəkdə həmin işdən daha çox səmərə götürəsiniz.
İstehlak kreditləri isə - siz avtomobil, mebel, məişət avadanlığı, şəxsi mənzil, arzuladığınız istənilən bir predmet və ya xidmət almaq üçün, səyahət, təmir, müalicə və s. məqsədi ilə verilir.
İstehlak kreditləri yeni dəyər yaratmır. Onlar sadəcə insanla hər hansı bir ehtiyacını qarşılmağa kömək edir.
Biznes kreditləri isə yeni dəyər yaradır, iqtisadiyyatın yüksəlişinə töhfə vermiş olur.
Biznes məqsədi ilə verilən kreditləri mikro kreditlər, kiçik və orta biznes kreditləri, həmçinin hüquqi şəxslərə verilən iri həcmli biznes kreditlərinə bölmək olar.
Mikro kreditlər
Mikro kreditlər daha kiçik məbləğli olub, kiçik təsərrüfat ilə məşğul olan şəxslərə verilir. Bu kreditlərin məbləği 100 AZN (USD)-dən başlayır.
Mikro kreditlər daha çox bank olmayan kredit təşkilatlarının məşğuliyyət sahəsidir. Amma fiziki və hüquqi şəxslərə mikro kredit verən bankların sayı da az deyil.
Aşağıdakı cədvəldə mikro kredit verən bankların siyahısını sizlərə təqdim edirik:
Bankın adı |
Mikro kreditin həcmi |
Müddət |
İllik faiz dərəcəsi |
AccessBank |
500-50 000 AZN |
6-60 ay |
19%-29% |
AFB Bank |
1000-50 000 | 12/24 ayadək | 26%-28% |
AG Bank |
500 - 15 000 | 3-36 ay | 23% |
Bank of Baku |
500-20 000 AZN |
3-24 ay |
26%-30% |
Amrahbank |
300 -20 000 AZN |
36 ayadək |
22%-28% |
Unibank |
500-50 000 AZN |
6-48 ay |
5%-dən başlayaraq |
Bank Respublika |
500-50 000 AZN |
36 ayadək |
11%-dən başlayaraq |
VTB Bank |
25 000 -100 000 AZN (USD,EUR) |
48 ayadək |
16%-dən başlayaraq |
Express Bank |
1 000-70 000 AZN |
42 ayadək |
22%-30% |
NBC Bank |
100 000 AZN-dək | 1- 36 ay | 22%-25% |
Nikoil Bank |
500 - 30 000 AZN | 6-36 ay | 25% |