Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə "Yeni İl" ilə əlaqədar tətil günləri açıqlanıb.
Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən 2018-ci ildə 1, 2 yanvar - Yeni il bayramı ilə əlaqədar iş günü hesab edilmir. Həmçinin, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə qeyri-iş günü sayılır. Qeyd edək ki, 31 dekabr həftəsonu ilə üst-üstə düşdüyü üçün 3 yanvar da qeyri-iş günüdür.