“Space X” kosmik şirkəti və “Tesla”nın rəhbəri, amerikalı investor Elon Musk səhvən nömrəsini “Twitter” üzərindən paylaşıb.
Facemark.az Rusiya mətbuatına istinadən yazır ki, bu barədə “Bloomberg” xəbər verir.
Dəqiqələr içində tvit səhifədən dərhal silinib. O bu tviti Oculusun texniki direktoru Con Karmaka ünvanlayıb. Amma tviti səhvən hərkəsə açıq paylaşıb.
O, həmçinin mesajda yazıb: “Danışmağa bir dəqiqə vaxtın var. Mənə zəng et”. Daha sonra isə nömrəsini qeyd edib. Amma hansısa səbəbdən o bu mesajı şəxsi mesaj qutusundan deyil, tvit üzərindən paylaşıb.
Şirkətin rəhbəri baş verənlər haqqında rəsmi açıqlama verməyib.
Qeyd edək ki, onun adıçəkilən platformada nə az nə çox düz 16,7 milyon nəfər izləyicisi var.