2017-də ən tez varlanan şəxslərin siyahısı | Banco.az

2017-də ən tez varlanan şəxslərin siyahısı

ABŞ-ın “Forbes” dərgisi 2017-ci ilin ən tez varlanan şəxslərinin siyahısını tərtib edib.

lent.az-ın xəbərinə görə, reytinq cədvəlində ilk sıranı “Amazon”un sahibi Ceff Bezos tutur. Onun aktivləri il ərzində 33,8 milyard dollar artaraq 98,6 milyarda çatıb.

Siyahıda 2-ci yerdə “Evergrande Group”un sahibi, çinli Syuy Tszyain gəlir. Onun kapitalı 27,4 milyard dollar artaraq 36, 5 milyarda yüksəlib.

Üçlüyü “Louis Vuitton”un rəhbəri Berner Arno tamamlayır. Başa çatmaqda olan ildə onun sərvəti 23,6 milyard dollar artaraq 40,3 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Dördüncü sırada “Facebook”un qurucusu Mark Zukerberq qərarlaşıb. Onun sərvəti il ərzində 23,6 milyard dollar artıb və 72 milyarda çatıb. Beşinci pilləni Çinin “Tencent” telekommunikasiya şirkətinin yaradıcısı Ma Xuaten tutur. Onun sərvəti 21,8 milyard dollarlıq artımla 44,3 milyard olub.

“Top-10”da hindistanlı media maqnatı Mukeş Ambani, meksikalı iş adamı Karlos Slim, Asiyanın ən zəngin qadını Yan Xueyan, “Oracle”ın yaradıcısı Larri Ellison və “Christie’s hərrac evinin sahibi Fransuz Pino da var.

©bizplus