Daxili Audit Departamentinin Auditoru
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Filialların əməliyyat sahəsinin yoxlanılması;
- Abşerondaxili və regional filialların yoxlanılması;
- Bankdaxili departamentlərin fəaliyyətlərinin yoxlanılması;
- Regional filialların yoxlanılması üçün mütəmadi olaraq ezamiyyətlərə getmək.
Namizədin Profili:
- Ali təhsil;
- Yaş həddi 27 – 35;
- Bankın Daxili Audit Departamentində ən azı 2 il iş təcrübəsi (əməliyyat sahəsində);
- Bankda korporativ müştərilərə xidmət sahəsində ən azı 3 il iş təcrübəsi (fiziki şəxslərə xidmət sahəsində mövcud əlavə təcrübə müsbət qiymətləndirilir);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilmək arzuolunandır);
- Korporativ kredit və maliyyə analizi üzrə biliklər;
- Mərkəzi Bankın korporativ müştərilərə xidmət sahəsində normativ aktlarını bilmək (fiziki şəxslərə xidmət sahəsində olan prosedurları bilmək müsbət qiymətləndirilir);
- Analitik qabiliyyətlər;
- Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Daxili Audit Departamentinin Auditoru) göstərməyiniz xahiş olunur.