Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva "Mikromaliyyənin biznesin inkişafındakı rolu" haqqında ətraflı məlumat verib.
Jalə Hacıyeva - Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru 1999-cu ildən mikromaliyyə sahəsində çalışır. 2010-cu ildən 2016-cı ilədək MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Mikromaliyyə Mərkəzinin Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən 2016-cı ilədək beynəlxalq mikromaliyyə təşkilatlarının assosiasiyası olan SEEP Network-un Direktorlar Şurasının üzvü olmuşdur. 2014-cü ildən etibarən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Konfederasiyasının Rəyasət heyətinin üzvü və ASK-nın Qadın sahibkarlığının inkişafı komissiyasının sədridir.
Jalə Hacıyevanın "Mikromaliyyənin biznesin inkişafındakı rolu" haqqında müsahibəsinə aşağıdakı videoda baxa bilərsiniz.