Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansının ümumi profisiti 1.4 mlrd. ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, həm neftin 25% bahalaşması, həm makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansında (CƏB) yaranmış müsbət tendensiyalar, həm də neft-qaz sektoru üzrə layihələrin xarici kreditlərlə maliyyələşməsi hesabına baş verib.
Belə ki, 9 ay ərzində CƏB-də 1,1 mlrd. dollar məbləğində profisit yaranıb. O cümlədən neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. dollar və yaxud 66,7% artaraq 5 mlrd. dollar. qeyri-neft sektoru üzrə CƏB-in kəsri isə illik müqayisədə 0,2 mlrd. dollar və yaxud 5% azalaraq 3,9 mlrd. dollar olub. Başqs sözlə, neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə kəsri tam örtüb.
Mənbə: Report.az