Büdcə kəsiri 714 mln. manata çatıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Büdcə kəsiri 714 mln. manata çatıb

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 749,3 mln. manat, xərcləri 15 463,1 mln. manat təşkil edib, büdcənin icrasında 713,8 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,1%-i qədər kəsir yaranıb.

Bu barədə Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, xəbər verir.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,0% artaraq 13 557,1 mln. manata, xərcləri isə 13,5% artaraq 14 150,2 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 593,1 mln. manatlıq kəsir ÜDM-in 1,1%-ni təşkil edib.

Mənbə: Report