Vəzifə: Risklərin təhlili şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) 
Ünvan: Bakı şəhəri
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
• İqtisadiyyat, riyaziyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil; 
• Risklərin idarə olunması, maliyyə, audit/mühasibatlıq üzrə azı 1 il təcrübə; 
• MS Office, o cümlədən MS Excel-dən təkmil istifadə bacarığı;
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri; 
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Xaricdə təhsil almış, o cümlədən FRM, PRM və CFA sertifikat sahibləri və bu imtahanlar üzrə mərhələ keçənlərə üstünlük veriləcək. 
İŞİN TƏSVİRİ: 
• Risklərin təhlili və minimallaşdırılması üzrə təkliflərin verilməsi; 
• Kredit və bazar risklərinin idarə edilməsi və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi; 
• Risk limitlərinin təyin olunması və limitlərə nəzarət; 
• Vintaj, PD, LGD modellərinin qurulması və yenilənməsi; 
• Stress-testlərin keçirilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin təhlili şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] electron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix - 15 yanvar 2018-ci il.
