Qeyri-adi Bir Şirkət Yaratmaq Üçün 12 Çılğın Fikir | Banco.az

Qeyri-adi Bir Şirkət Yaratmaq Üçün 12 Çılğın Fikir

Şirkətlərin əksəriyyəti ənənəvi təcrübələrə əsaslanan metodlara malikdir. Bütün bunlar idarəçilər tərəfindən gözü bağlı qəbul edilir. Amma əslində bir şirkətin yaradılmasının da qeyri-adi yolları vardır.

Demək olar ki, bütün şirkətlər, şirkət mədəniyyətlərinə uyğun olduğunu düşündükləri kəsləri işə qəbul edirlər. Şirkətlər, işçilərinin bir-birləriylə yaxşı dolanmağı, təşkilat mədəniyyətini mənimsəmələri, verilən işləri əskiksiz yerinə yetirmələri üçün əllərindən gələni edirlər. Ən azından bunun üçün səy göstərirlər.

Bəs yaxşı, indiki vaxtda bunlar həqiqətən də etibarlıdırmı? Və ya kifayətdirmi? Bir şirkət yaratmağın qeyri-adi yolları ola bilərmi?

Hal-hazırda dinamik və rəqabətli iş dünyasında böyümək və ayaqda qala bilmək üçün şirkətlərin öz rəhbərlik anlayışlarını və məhsul / xidmətlərini kəşf etməkləri məcburidir. Buda ancaq yenilikləri şirkətlərində həyat tərzi kimi qəbul etməklə əldə ediləcək işdir. İnnovasiyanın şirkətdə bir həyat tərzinə çevrilməsi üçün köklü inancları yox etmək lazımdır.

Stanford Universitetinin professoru Robert I. Sutton, şirkətlərində yaradıcılığı və yenilikləri təşviq etmək istəyən menecerlərə yeni fikirlər təklif edir. Bu fikirləri də "İşə yarayan qeyri-adi fikirlər"- də bir araya gətirib. Sutton, şirkət rəhbərlərinə indiki vaxtda bir çox şirkəti müvəffəqiyyətə aparan 12 yolu göstərərək, bütün şirkətləri eynilik ilə qeyri-adilik arasında bir tarazlıq qurmağa dəvət edir. İndi bir az bu fikirlərə nəzər salaq:

İşə yarayan 12 Çılğın Fikir

1. İşə yarayan ənənəvi ideyaları inkişaf etdirmək əvəzinə, işə yarayacağını düşündüyünüz qəribə ideyaların inkişafına diqqət yetirin.

2. Böyük ehtimalla müvəffəqiyyətli olacaq işlər etmək və müvəffəqiyyətin qəti olacağına əvvəl özünüzü sonra da digərlərini inandırmaq yerinə, böyük ehtimalla uğursuz olacaq işlər edin. Müvəffəqiyyətin qəti olduğuna əvvəl özünüzü, sonra digərlərini inandırın.

3. Müvəffəqiyyəti mükafatlandırıb, müvəffəqiyyətsizliyi və tənbəlliyi cəzalandırmaq əvəzinə, müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi mükafatlandırın. Yalnız tənbəlliyi cəzalandırın.

Ən sərfəli kredit üçün müraciət et

4. İşə dəyər verən və edilən işi dəstəkləyən şəxsləri axtarmaq və dəstəkləmək yerinə, uzaq qalmağın və diqqəti başqa istiqamətə çevirməyin yollarını axtarın.

5. Etibarlı və praktik şeylər üzərində düşünüb, bunları reallaşdırmaq planları görmək əvəzinə, komik, axmaq və praktik olmayan şeylər üzərində düşünün. Onları gerçəkləşdirməyi planlaşdırın.

6. Keçmiş təcrübələrinizi alıb kopyalamaq yerinə, keçmiş təcrübələrinizi tamamilə unudun.

7. Xüsusilə, yeni işçi qəbulu zamanı namizədləri izləmək üçün iş müsahibələri təşkil etmək əvəzinə, yeni fikirlər əldə etmək üçün iş müsahibələrindən faydalanın.

8. Qarşılaşdıqları problemləri heç bir zaman həll edə bilməyən insanlar yerinə, problemlərinin əsl səbəbini axtarıb tapan insanlara diqqət yetirin.

9. Xoşbəxt insanlar tapıb dalaşmayacaqlarına əmin olmaq əvəzinə, xoşbəxt insanlar tapıb dalaşmalarını təmin edin.

10. Tez öyrənən, təşkilatı sürətli tanıyacaq kəsləri işə göturmək, ehtiyacınız olanlarla işləmək yerinə, yavaş öyrənənləri, təşkilatı çətin tanıyacaq olan işçiləri qəbul edin. Sevməsəniz belə, sizi rahat hiss eletdirəcək insanlarla işləyin.

11. Diqqət göstərən, rəhbərlərinə və birlikdə çalışdıqlarına riayət edəcək kəsləri cəsarətləndirmək əvəzinə, idarəçilərini və birlikdə çalışdığı kəsləri görməməzlikdən gələn, onlara qarşı gələ bilən insanları dəstəkləyin.

12. Qeyri-adi fikirlərin həyata keçirilməsində və istifadə edilməsində, bacarıqlılığın fəaliyyətin göstəricisi olduğuna inanmaq yerinə, yaradıcı şirkətlər və qruplarda işləməyin səmərəsiz və can sıxıcı olduğuna inanın.

Bitti! İndi sıra sizdə. :) Qeyri-adi bir şirkət yaratmaq üçün işə yarayacağını düşündüyünüz dəli fikirləriniz var mı?

Güllü Nağıyeva, banco.az