Milyarder Eduardo Saverin, Facebook-un təsisçilərindən biridir, o 2012-ci ildə ABŞ vətəndaşlığından imtina edib və Sinqapur vətəndaşı olub, indi isə o, adanın ən zəngin sakinidir.
İndi 35 yaşlı biznesmenin sərvəti $10,1 mlrd dollar həcmində qiymətləndirilir və bunun sayəsində o, Robert və Philip Ng qardaşlarını üstələyə bilib. Onlar 2010-cu ildən bəri Sinqapurun ən zəngin insanları siyahısında birinci yerdə gəlirdilər, bu haqda Forbes yazır.
2012-ci ildən bəri Sinqapurun rezidenti olan Saverin ABŞ vətəndaşlığından imtina etdikdən sonra, Facebook səhmlərinin qiymətinin yüksəlməsi sayəsində öz sərvətini artırıb, hələ də o şirkətdə minoritar pay sahibidir.
Forbes Asiya tərəfindən avqust ayında təqdim edilən, Asiyanın ən zəngin insanlarının reytinqindən xeyli müddət keçib və bu zaman ərzində Facebook-un dəyəri 13% artıb, bu isə o deməkdir ki, siyahıda 9,3 milyard dollar sərvətlə yer alan milyarderin sərvəti də böyüyüb.
Baxmayaraq ki, onun sərvətinin formalaşdıran əsas gəlirlər sosial şəbəkənin payına düşür, Saverin indi həm də Cənub Şərqi Asiyaya, həm də onun sərhədləri xaricinə investisiya edən vençur kapitalistdir. Məsələn ötən həftə, onun B Capital Group şirkəti, əfsanəvi iş adamı Ratan Tata ilə birlikdə Hindistanın fin-tex kompaniyası MSwipe Technologies şirkətinə yatırım ediblər.