Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər imtahan verəcək | Banco.az

Sığorta şirkətlərində rəhbər vəzifə tutmaq istəyənlər imtahan verəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) dekabrın 11-dən 15-nə qədər sığorta şirkətlərində rəhbər vəzifəyə təyinatları nəzərdə tutulan və sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq (sığorta agenti olmaq) istəyən şəxslər üçün attestasiya keçirəcək.

Bu barədə Nəzarət Palatasına istinadən xəbər verilir.

Məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydaları ilə tənzimlənən attestasiyada 9 nəfər potemsial rəhbər şəxsin və 23 nəfər potensial sığorta agentinin iştirakı planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Attestasiyada iştirak etmək üçün iştirakçılar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. 

Mənbə: Report.az