2017-ci ilin noyabr ayının sonunda TOP500 reytinqinə daxil olan dünyanın ən güclü superkompüterlərinin(HPC) siyahısı dərc edilmişdir. Çin bu siyahıda ABŞ-ı geridə qoyaraq dünyanın 500 ən məhsuldar superkompüteri siyahısında 202 ədədini aktivinə yazdırmağı bacarmışdır. ABŞ isə bunlardan yalnız 143-nə sahib ola bilmişdir.
Mütəxəssislər TOP500 reytinqinin 25 illik tarixində Çinin ən yüksək göstəriciyə ilk dəfə nail ola bildiklərini qeyd edirlər. ABŞ-ın göstəriciləri isə son 25 ildə zəifləməyə başlamışdır. Altı ay bundan öncə, 2017-ci ilin iyununda Çin və ABŞ bu reytinq cədvəlinin siyahısında əks cərgədə dururdular. Artıq liderlər yerlərini dəyişməli olmuşlar. İyun ayında ABŞ-ın payına 169 sistem düşdüyü halda, Çinin payına 160 güclü hesablama sistemi düşürdü.
Materialda dünyanın ən yüksək məhsuldar superkompüterlərinin siyahısına Yaponiyanın payına 35, Almaniyanın 20, Fransanın 18, Böyük Britaniyanın payına isə 15-i düşür.
Siyahıya Çinin məhsuldarlığı 93 petaflops(saniyədə üzən vergüllü kvadrillion əməliyyat) olan Sunway TaihuLight superkompüteri başçılıq edir.
Mənbə: digitalazerbaijan.az