Çinin internet nəhəngi Tencent Holdings-i ilin şirkəti adlandırmaq olar bəlkə də, şirkət inanılmaz yüksəlişə davam edir.
Şirkətin səhmlərinin qiymətindəki artım, Tencentin sədri Ma Huatengin sərvətini Hong Kongda çərşənbə axşamı səhər saat 12:15-də 48.3 milyard dollara çatdırdı.
Bununla da o, Forbesin Real Time reytinqinə əsasən, dünyanın 9-cu ən zəngin şəxsi oldu.
İlk dəfədir ki, bir çinli milyarder dünyanın 10 zəngin insanı sırasına daxil olur. Ma indi Google qurucularından Larry Page və Sergey Brindən, həmçinin Walton ailəsinin üzvlərindən (pərakəndə Walmart ticarət şəbəkəsinin vərəsələri) daha zəngindir.
Tencentin bazar kapitallaşması ilk dəfə 500 milyard dollar keçdiyi üçün, Manın ilk onluğa daxil olması gerçəkləşib.
Pony Ma kimi tanınan Ma Huateng, Tencent Holdings-in 9%-nə sahibdir. Şirkətin məşhur WeChat tətbiqində 960 milyondan çox istifadəçi var. Bu ayın əvvəlində, Tencent, Snapchatın məxsus oldu Snap'ın 12% hissəsini satın alıb. Məlumatlara əsasən Tencent həmçinin elektron avtomobil istehsalçısı Tesla Motors və Activision Blizzard videooyun şirkətində də azacıq paya sahibdir.