Köhnə dövrlərdə gələcəklə əlaqədar təsvirlər edilərkən həmişə soyuq, boz və darıxdırıcı mühitlər canlandırılırdı. Hələ ki, mövzu iş mühitləri olduğunda heç kimin ağılına rəngli mühitlər gəlmirdi. Lakin tabe günün sonunda işlər gözlənildiyi kimi getmədi və ofislər rəngarəng, rahat, əyləncəli və təxminlərin çox kənarında bir nöqtəyə daşındı.
Mütəxəssislər önümüzdəki illərdə iş mühitlərinin daha da işçi mərkəzli olacağı mövzusunda həmfikirdir. Sosial psixoloq Ron Fridman deyir: "Biz gələcəkdə biznes mühitində daha çevik dizaynlarla qarşılaşacayıq".
Friedman "The Best Place To Work" adlı kitabının hazırlıq mərhələsində bir çox araşdırma icra etdi. Bu araşdırmaları əsnasında xüsusilə davranış elmlərində necə daha məhsuldar çalışdığımız mövzusunda edilən araşdırmalardan faydalandı Ron Friedman. Köhnə dövrlərdəki iş yerlərinin, maddi olaraq qənaət etmək üçün, daha kiçik mühitlərdən ibarət olduğunu da vurğulayır.
"İqtisadiyyatın böyüməsiylə birlikdə bu vəziyyət artıq dəyişir. Bundan əlavə, bu dəyişiklik beynin ətraf mühitindən nə qədər təsirləndiyini daha yaxşı başa düşməyə kömək edir. Müəssisələrin müvəffəqiyyəti işçilərinə nə qədər fərqli sahələr təqdim etdiyi ilə yaxından əlaqəli olacaq bundan sonra. " deyir Ron Friedman.
Gələcəkdə daha çox görəcəyimiz, indiki ofislərimizi kölgədə buraxacaq bu əfsanə ofislərə birlikdə baxaq.
Qarışıq iş mühitləri sayəsində işçilər etməkləri lazım olan işə ya da əhvallarına görə fərqli yerlərdə fəaliyyət göstərə biləcəklər
Bununla yanaşı qapalı ofislər, sakit işləmək istəyənlər üçün hər zaman bir variant olmağa davam edəcək
Tək nəfərlik kub ofislər
Gizlənmə imkanları təqdim edən sahələr sayəsində işçilər bir az rahatlayacaqlar
Çarpaz söhbətləri artıracaq əşyalar ilə çalışanlar yaradıclıqlarını paylaşa biləcəklər
Xüsusi iş sahələri ilə daha fokuslanaraq işləmək istəyən işçilər üçün bir vahə təqdim edəcək
Geniş iclas ofisləri
Daha kiçik iclas sahələri
Mərkəzi olaraq yerləşdirilmiş pilləkanlar, həm ortaq sahələr meydana gətirəcək həm də bütün mərtəbələri bir-birinə açıq olaraq bağlayacaq
Ortaq mətbəx işçilərə gündəlik təzə yeməklər təqdim edəcək
Yaşıl terraslar ilə yay aylarında binanın istiliyi aşağı salındığı kimi enerji istifadəsi də düşəcək
Tərcümə: Güllü Nağıyeva