LVMH Moët Hennessy — Louis Vuitton holdinqinin banisi Bernar Arnodan müasir dünyada uğura nail olmaqla bağlı formul
Şirkətin müvəffəqiyyəti yaradıcı yanaşmaya, yüksək məhsul keyfiyyətinə, işləmək qabiliyyətinə və hər şeydən daha öncə uzunmüddətli planlamaya əsaslanır.
Misal üçün mən ilk dəfə 1991-ci ildə Çinə gəlməyimi yaxşı xatırlayıram. Mən Pekinə uçdum və orada heç bir avtomobil görmədim – yalnız velosipedlər və bir dənə də olsun hündür bina yox idi. Həmin vaxt ölkənin ÜDM-i bugünkü rəqəmin 4%-i həcmində idi. Amma buna baxmayaraq, biz Çindəki ilk Louis Vuitton dükanımızı açmağa qərar verdik.
Indi bizim korporasiya ölkədə və eləcə də bütün dünyada ən böyük premium brenddir.
Son 25 il ərzində biz görürük ki, insanların əla keyfiyyətli məhsullara tələbatı və alıcılıq qabiliyyəti usanmadan artır. Bu gün internet sayəsində dünya əvvəlki qədər böyük görünmür.
Əsl uğura nail olmaq üçün, indi məhsulun satışına eyni anda bütün dünyada başlamalısan – onda hər şeyi öncədən kontrol etmək mümkün olur. Bu taktika böyük maliyyə yatırımları tələb edir, həmçinin bu bizə mübahisəsiz üstünlük qazandırır. Heç kəs arzuolunan məhsulları yaradıb, onları eyni anda bütün dünyada satmaqda - bizim korporasiydan daha yaxşı ola bilməz.