Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

07 noyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104028540 ISIN-li, 45 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 15 investor tərəfindən 36 sifariş təqdim edilmişdir. Sifarişlərin qiymət intervalı 87.0187 AZN (15.0000%) və 94.3689 AZN (5.9999%) olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150 105 400,00 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

          Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.9543 AZN (10.0001%), orta ölçülmüş qiyməti 91.8097 AZN (8.9701%) müəyyən edilmişdir. Hərrac nəticəsində  istiqrazların yerləşdirilmiş həcmi  45 000 000 AZN  təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi – 06 noyabr 2018-cu  il.

Hərrac iştirakçıları 08 noyabr 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.