Bank depoziti nədir? | Banco.az

Bank depoziti nədir?

Bank Depozitləri

Bankda açılan hesablardan biri də depozit, yəni əmanət  hesabıdır. Bu hesab Azərbaycan Mülki məcəlləsinə uyğun olaraq bank əmanəti müqaviləsinə görə müştərinin bank əməliyyatların aparılması üçün açılır.

Bank depoziti bank müəssisələrində  əmanət kimi yerləşdirilmiş pullardan ibarətdir.  Depozitlər əmanət hesabı, çekinq heabı və birja hesabı kimi depozit hesablarında birləşdirilir.  Bağlanmış müqavilədən asılı olaraq hesab sahibinin depozit hesabına pul yerləşdirmək və ya pul çəkmək kimi hüquqları mövcuddur.

Depozitlər bankın müştərilərə olan öhdəliyini təşkil edir,  yəni bank bu hesaba yerləşdirilmiş pul vəsaitlərinə görə müştəri qarşısında məsuliyyət daşımaqdadır.  Bankda depozit hesabı açıb, həmin hesaba pul yerləşdirən şəxslər , həmin vəsaitinin idarə edilməsi hüququnu banka  təhvil verir, buna görə də yerləşdirilmiş depozitlər bankın aktivinə çevrilir.

Əmanətlər uzunmüddətli və qısamüddətli ola bilir. Qısa müddətli əmanətlər altı aylıq , uzun müddətli əmanətlər isə bir neçə  illik müddəti ola bilir.   Amma bunu yadda saxlamaq lazımdır ki, faiz dərəcəsi depozitin müddəti ilə müəyyən edilir. Yəni bankda yerləşdirdiyiniz vəsaitin müddəti nə qədər çox olarsa , bir o qədər də aylıq faiz dərəcəsi müəyyən edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin bank depozitləri tələbli və müddətli ola bilər.

Tələbli depozitlər adından göründüyü kimi,  əmanət hesabındakı  vəsaitinin bir hissəsini və yaxud hamınının müştəriyə verilməsini nəzərdə tutur.  Faiz dərəcələri aşağı olduğundan siz heç bir itki ilə üzləşmədən hesabınızdakı vəsaiti geri götürə bilərsiniz. 

Müddətli əmanətlər zamanı müştəri  bankla  bağladığı müqaviləyə əsasən gəlir əldə etmək üçün müəyyən müddətə qədərbankda əmanət yerləşdirir.  Təbii ki, müştəri  təyin olunmuş müddətdən əvvəl vəsaiti geri götürmək  hüququna malikdir, lakin bu zaman  nəzərdə tutulmuş faizlər hesablanmayacaqdır. Müddətli əmanətlərdə faiz dərəcələri yüksək olur.

Eyni  zamanda  əmanət hesabınıza pul daxil edib, etməməyinizdən asılı olaraq əmanətləri yığım və standart olmaqla iki yerə ayırmaq olar.  Yığm əmanətinin standart əmanətdən fərqi müştərinin depozit hesabındakı vəsaitinin həcmini artıra bilməsi və eyni zamanda faiz dərəcələrinin aşağı olmasıdır. Təbii ki, bütün bunlar müqavilə şərtlərinə görə yerinə yetirilir.

Xəzər Aslanov, Banco.az