"Əgər biz axına qarşı üzməsək hər kəs bizi unudacaq"- Thailandlı milyarder | Banco.az

"Əgər biz axına qarşı üzməsək hər kəs bizi unudacaq"- Thailandlı milyarder

Forbes jurnalının 100 illiyi ilə əlaqədar olaraq, “Charoen Pokphand Group”-un baş icraçı direktoru, Thailandlı milyarder - maqnat Dhanin Chearavanont gənclərin texnoloji inqilabdakı rolu haqqında fikirlərini paylaşıb.

Hər bir sənaye dövrü əvvəlkindən fərqlənir. Biz elə bir dövrdə yaşayırıq ki, gənc nəsil öz startapları, texnologiya və yenilikləri vasitəsi ilə bazardakı yeni qaydaları diktə edir. Bu yeni dünyada hər şey çox sürətlə baş verir və dəyişir. Bugünkü uğurlu insanlar eyni anda dəyişikliklərə səbəb olaraq, hər kəsi adət etdiyi düzəni pozur - əvvəllər mövcud olmayan nəsə yaradırlar.

Ən sərfəli kredit üçün müraciət et

Olduqca vacib bir məqamı dərk etmək lazımdır: bu gün bizi müşayiət edən uğuru sabah əlimizdən ala bilərlər, vergiyə (istedada) sahib insanlar həddindən artıq çoxdur, onların texnologiyaları daha qabaqcıldır və onlardan geri qalmaq olmaz.

Əgər biz axına qarşı üzməsək və dəyişikliklərə adaptasiya olmasaq, onda çox tezliklə bizi unudacaqlar.

Lider pozisiyalarda qalmaq üçün gənc nəsildən öyrənmək lazımdır.  Üçüncü sənaye inqilabından sonra, yəni kompüterlərin gündəlik həyatımıza daxil olduğu vaxt dünyaya gələn insanlar, o cümlədən 4-cü inqilabdan sonra, yəni robotların və süni intellektin insan yaşamına nüfuz etdiyi bir dövrdə doğulan insanlar fərqli şəkildə düşünür və informasıyanı tamamı ilə başqa bir formada qəbul edirlər. Yeni nəsil hər zaman innovasiyalara doğru yol salacaq və bizə əvvəllər heç arzulamağa cürət etmədiyimiz innovasiyaları öyrədəcək.