İlin əvvəlindən bəri 607 nəfər bank sektorundakı işini tərk edib. Hal-hazırda sektorda çalışanların sayı 16340 nəfər olduğu halda ilin əvvəlində bu rəqəm 16947 idi. Lakin bu heç də ən pis göstərici deyil. Çünki sentyabr ayında bank sektorunda işə düzələnlərin sayı 173 nəfər təşkil edib.
Qeyd edək ki, hazırda ölkədə fəaliyyət göstərən 123 Bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır. Bank sektoru ilə bağlı digər rəqəmləri isə verilmiş fotoda görə bilərsiniz.