Amazonun təsisçisi və icraçı direktoru olan Jeff Bezos, istədiyi qədər pul xərcləməkdə azaddır. Onun sərvəti təxminən 84 milyard dollar təşkil edir və həmçinin amerikan internet xidmətləri aktivlərinin 17% də ona məxsusdur. Beləliklə Bezos kimi imkanlı bir insan harada gecələyir?
Land Reportun məlumatına görə, onun şirkətinin mərkəzi qərargahı Vaşinqton ştatı, Seattle da yerləşsə də, Bezos ölkədə beş mənzilə sahibdir və ölkənin 25-ci ən böyük torpaq sahibkarıdır.
Medina, Vaşinqton
Bill Gates ilə eyni rayonda Bezos sahəsi 5,3 akr olan iki evə sahibdir. Wall Street jurnalının məlumatına görə, o, 1998-ci ildə bu daşınmaz əmlaka 10 milyon dollar ödəyib. Təxminən 2000 m2 ərazidə yerləşən ilk evdə beş yataq otağı və dörd vanna otağı yerləşdirilib. 771 m2 bir sahəsi olan başqa bir evdə də beş yataq otağı və dörd vanna otağı var. Vaşinqtonun sahilində yerləşən bu ev, 2010-cu ildə 28 milyon dollara yenidən inşa edilmişdir. Malikanə, uzunluğu 94 metrə çatan sahil xəttiylə və gəmi tikinti-təmiri üçün dənizkənarı yerlə öyünə bilər.
Beverly Hills, California
Bezos, 2007-ci ildə bu evi 24.45 milyon dollara ispan üslubunda satın almışdır. Dream Homes Magazine jurnalına görə, yeddi yataq otağı və hamam otağları olan bir evdə istixana, işıqlı tennis kortu, böyük bir hovuz, dörd fəvvarə və altı avtomobil üçün qaraj var.Bu evin yerləşdiyi küçə, - Hollivud ulduzlarının toplandığı yerdir.
Beverly Hills, California
Aydındır ki, ilk evin nisbətən kiçik sahəsi Bezosun yüksək tələblərinə tam cavab vermirdi. Bu ilin iyul ayında o, ilk evinə uzaq olmayan 12,9 milyon dollarlıq dörd vanna otağı ilə nisbətən sadə ev satın aldı. Yuxarıda verilmiş şəkildən göründüyü kimi, Bezosunun daşınmaz əmlakı dairənin digər obyektlərindən üstünlük təşkil edir.
Van Horn, Texas
Bezosun uşaqlığı nənə və babasının rançosunda bitdi. Böyüyəndə o, ailəsini sevindirmək üçün 30 min akr sahəsi olan bir ranço satın aldı. Yuxarda göstərilən U-formalı ferma, Bezosa köhnə sahibindən qalıb, deyilənə görə, onun təmirinə “milyonlar” xərcləyib. Evin arxasında 12 nəfərlik modul bina yerləşir.
Van Horn, Texas
Həmçinin malikanənin ərazisində Bezosun şəxsi kosmik şirkəti Blue Orgin yerləşir. Onun tarixi 2015-ci ildə New Shepard raketinin işə salınması ilə başladi. Şirkətin məqsədi 2019-cu ildənsərnişinləri səyahətə göndərən kosmik turizm xidmətlərinin təchizatçısı olmaqdır
Vaşinqton
Bezos, 2016-ci ildə Vaşinqtonun Kalorama rayonunda yerləşən bu köhnə tekstil muzeyini 23 milyon dollara almışdı. 2500 m2 bir ərazini tutan, köhnə tekstil muzeyinin binası 1912-ci ilə aid olunur. Bu rayon Vaşinqtonda yüksək rütbəli insanların cazibə yeri kimi tanınır. Belə ki, burada Obamanın ailəsi 5.3 milyon dollar dəyərində evə sahibdir, həmçinin İvanka Trump öz həyat yoldaşı Jared Kushner ilə bu yaxınlarda Bezos ilə eyni küçəyə yerləşiblər.
Manhattan
1999-cu ildə Bezos, Sony Music keçmiş başçısı Tommy Mottaladan Nyu-Yorkun yuxarı qərb hissəsində Central Park West 25-də yerləşən üç lüks mənzil satın aldı. Alınması 7.65 milyon dollara başa gəldi. Art-deco üslubunda olan bu 32 mərtəbəli bina 1931-ci ildə tikilib. Sakinlərin xidmətlərinə konsyerj, sərnişin lifti və üç ayrı giriş təqdim olunur.