Gündəlik həyatda istifadə edəcəyiniz 9 Bank termini | Banco.az

Gündəlik həyatda istifadə edəcəyiniz 9 Bank termini

Hər birimizin banka işi düşür. Maliyyə sahəsində olduğu kimi bankçılığın özündə də müxtəlif terminlər vardır. Ancaq gəlin etiraf edək ki, terminlərin çoxu xarici dildə işləndiyindən bəzən onları başa düşməkdə  olduqca çətinlik çəkirik. Bu məqalədə sizə gündəlik həyatınzda işlədilən 10 bank termini haqqında yazmaq istəyirəm. Aşağıdakıları yaxşı yadda saxlayın, çünki hava , su kimi sizə lazım olacaq.

1. Depozit sertifkatı

Qiymətli kağız növü olaraq bilinən bu sertifikatda, siz müəyyən məbləğdə banka depozit yatırısınız və həmin depozitin xususi vaxta qədər bankda saxlanmasına razı olursunuz.  Əsasən depozit sertifikatında çek hesabı və standart əmanətlərə nisbətən daha çox faiz dərəcəsi ödəməli olursunuz.

2.Annual Percentage Yield  (İllik faiz verimi)

Bir il ərzində mürəkkəb faizlər də daxil olmaqla bank  hesabınızda pul saxlamağınıza görə əldə etdiyiniz  faizlərin cəmi.

3. Annual Percentage Rate (İllik faiz dərəcəsi)

Bir il ərzində mürəkkəb  faizlər istisna bank hesabınızda pul saxlamağınıza görə əldə etdiyiniz faizlərin cəmi.

4. Sadə faiz dərəcəsi

Əsas məbləğə görə qazanılan pul. Gələcəkdə pul üzərində əlavə faiz hesablanmır.

5. Compound interest (Mürəkkəb faiz dərəcəsi)

Hərçənd ki XVII əsrdə İtalyada  ona faiz üzərində faiz əbəs yerə demirdilər. Yəni  faiz dərəcəsi  sizin cari ildə əldə etdiyiniz ümumi  pula tətbiq edilir. Termini daha yaxşı başa düşmək üçün belə bir məsələ quraq

Tutaq ki siz15%-lik dərəcəsi ilə üç illik 350 AZN məbləğində bankda depozit yerləşdirmisiniz. 

Faiz dərəcəsi yəni R = 300 AZN * 15% = 52,5 AZN

Ən sərfəli kredit üçün müraciət et

İlk il üçün siz 15% gəlir əldə edirsiniz, lakin sonrakı illərdə isə  sizin gəliriniz həm  əsas məbləğ olan 350 AZN üzərindən , həmdə  ilk il üçün qazancınız olan 52,5 AZN üzərində hesablanacaq.

Yəni

I il = 350 AZN+52,5 AZN =402,5 AZN

II il = 402,5 AZN + 60,4 AZN (402,5 AZN/15%) = 462,9 AZN

III il = 462,9 AZN +AZN 69,4 AZN(462,9 AZN/15%) = 532,3 AZN

Yəni sizin ilin sonu  qazanacağınız depozit mürəkkəb faiz dərəcəsi ilə 532,3 AZN olacaqdır.

6. Əmanət hesabı ( Saving account)

Ümumi olaraq qısa və uzunmüddətli  təcili durumlar üçün istifadə edəcəyiniz yığım tipli hesab növüdür. İstədiyiniz vaxt həmin hesaba pul əlavə etmək mümkündür, lakin pul çəkmək isə  altı ay ilə məhdudlaşdırıla bilər

7. Çek hesabı (Checking account )

Çek hesabı vasitəsi ilə siz  öz pulunuzu depozit edə və  alış-veriş məqsədi ilə həmin hesabdan ödəniş edə bilərsiniz.  Əksər insanlar bu hesab vasitəsi ilə əmək haqqlarını qəbul edir və  borclarını ödəyirlər.

8. Overdfart haqqı (Overdraft fee)

Yuxarıda bəhs etdiyimiz çek hesabında ödəniş etməyə vəsaitiniz yoxdursa  buna görə alınan haqqdır.  Yəni hesabınız mənfiyə balansa düşdükdən sonra əvvəl ödədiyiniz overdraft haqqına görə bank ödənişi sizin əvəzinizə ödəyir.

9. Returned item fee

Əgər  çek hesabınız bağlanıbsa və ya kifayət qədər vəsaitiniz yoxdursa buna görə ödədiyiniz haqqdır. Bu ödəniş sizə həmin hesaba yenidən depozit etməyə imkan verir. 

Xəzər Aslanov, Banco.az