Beynəlxalq Bank-dan “Aqrarkredit”ə ötürülmüş fabrikə qiymət qoyulub | Banco.az

Beynəlxalq Bank-dan “Aqrarkredit”ə ötürülmüş fabrikə qiymət qoyulub

Vergilər Nazirliyi “Bakı Ayaqqabı” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirliyə istinadən xəbər verilir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyevdir.

Onun fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin yaradılmasında məqsəd “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir. Müəssisə hazırda ABB-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansındadır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et