Gələn il ölkədə 1,5% iqtisadi artım gözlənilir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gələn il ölkədə 1,5% iqtisadi artım gözlənilir

 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real ifadədə artımının 1,5% təşkil edəcəyi və ölkədə 69,4 mlrd. manatlıq əmtəə və xidmət istehsal olunacağı proqnozlaşdırılır.

“Report” bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Sənəddə deyilir ki, ÜDM-in 83%-i özəl sektorun hesabına formalaşacaq. Gələn il qeyri-neft sektorunda 2,9% artım olacağı və 47,6 mlrd. manatlıq əmtəə və xidmət istehsal ediləcəyi gözlənilir.