Hazırda "PAŞA Bank" ASC heç bir bankla birləşmək yaxud hansısa bankı almaqda maraqlı deyil. Bunu jurnalistlərə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
T.Kazımov "PAŞA Yatırım Bankası"nın (Türkiyə) istiqrazlarının yerli maliyyə institutlarının aldığını deyib: "Sözsüz ki, bütün istiqrazları yerli maliyyə institutları alıb. Bu yerləşmədə fiziki şəxslər iştirak etməyiblər. Çünki valyutaya tələbat çox olub və tələbatı nəzərə alaraq yeni buraxılışlar etməyi düşünürük".
Mənbə: Report.az