Bitkoinin qiyməti 6 000 dollar həddinə yaxınlaşıb | Banco.az

Bitkoinin qiyməti 6 000 dollar həddinə yaxınlaşıb

Bitkoinin qiyməti bu gün səhər saatlarında 5 874 dollara yüksələrək tarixi maksimal səviyyəyə çatıb. "Investing.ru" saytına istinadən xəbər verilir ki, buna səbəb Çindən gələn müsbət xəbərlər olub.

Çində bitkoinlə ticarətin heç bir qadağa olmadan davam edilə biləcəyi barədə xəbərlər bu maliyyə alətinin qiymətinin bir gündə 500 ABŞ dolları və ya 9,2% artmasına gətirib çıxarıb. Xatırladaq ki, dünənki hərraclarda da bitkoinin qiyməti 13%-ə yaxın artım göstərib. Qeyd edək ki, Çin hökuməti bitkoinlə ticarətə lisenziya verməyi və "çirkli pullar"ın yuyulmasının qarşısını almaq üçün yeni qaydalar tətbiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bir müddət əvvəl Çin, Rusiya və Avropa İttifaqı (Aİ) bitkoinin ilkin emissiyasına (IPO) qadağa qoyacağını bildirdikdən sonra bitkoinin qiyməti 5 000 dollardan 2 həftə ərzində 40% azalma ilə 3 000 dollara qədər geriləyib. Daha sonra isə Beynəlxaql Valyuta Fondu (IMF) kimi önəmli maliyyə təşkilatının bitkoinin legitimliyini tanımasını açıqlamasından sonra tələbin canlanması ilə yenidən yüksəlmə başlayıb.

Mənbə: Report.az