Bu gün, 12 oktyabr 2017-ci il tarixində, Bank of Baku "Gəliiir" şüarı adi altında həyata keçirilən sil-silə kampaniyaların nəticəsi olaraq, qalıb gəlmiş kart istifadəçilərini mətbuata təqdim etdi, şanslı şəxslər öz hədiyyələrini aldı.
Nyu-Yorka bilet qazanan isə Vüsal Hüseynov oldu:
"Bu xəbəri mənə vermək üçün zəng edəndə qulaqlarıma inanmadım, elə bildim dostlarım zarafat edir. Təzədən zəng edib onlardan soruşdum ki, mənimlə zarafat etmirlər ki? Heç vaxt inana bilməzdim, Nyu-York həmişə olmaq istədiyim bir yer olub, həqiqətən mənim üçün sadəcə xəyal idi", - o, Banco.az portalına bildirib. Qonşu ölkələrdə olan Vüsal ABŞ-da indiyə qədər heç vaxt olmadığını söylədi.
Həmçinin Vüsal bəy bildirdi ki, 2011-ci ildən bəri bankın müştərisidir və bir neçə kartı olub. Nyu-Yorka bilet qazandıran Bolkarı isə 2-3 ay öncə əldə edib. "Balaca ətir biznesim var və malları xaricdən onlayn alıram və ödənişləri kartla edirəm, kartı alanda mənə belə bir kampaniya olduğunu demişdilər, amma düzü inanmazdım ki, belə bir şey gerçəkdən olar".
Ümumilikdə kampaniya müddətində 24 Gold və Diamond Bolkart (+100 AZN Bal) və iki ədəd bahalı fotoaparat də öz sahibinə qovuşub, qaliblərdən bəziləri öz hədiyyələrini məhz bu gün əldə etdi.
...