Rusiyada kriptovalyuta ticarəti ilə məşğul olan xarici saytlar bağlana bilər | Banco.az

Rusiyada kriptovalyuta ticarəti ilə məşğul olan xarici saytlar bağlana bilər

Rusiya Bankı (Mərkəzi Bank) kriptovalyuta ticarəti ilə məşğul olan xarici internet saytlarına məhdudiyyət qoyulmasına çağırıb. 

TASS agentliyinə istinadən xəbər verilir ki, bu barədə məlumatı bankın sədr müavini Sergey Şvetsov "Rusiya törəmə maliyyə instrumentləri" forumunda verib.

"Kriptovalyutalar üzrə bütün törəmə maliyyə alətlərini mənfi hal kimi qiymətləndiririk və bunu məhdudlaşdırmaq üçün səy göstəririk. Bununla yanaşı, Baş Prokurorluqla birlikdə bu tip xarici saytların bağlanması istiqamətidə iş aparırıq", - S.Şvetsov əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Sədr müavini bildirib ki, Rusiya vətəndaşları və iş dünyası üçün bu maliyyə alətləri yüksək risklər daşıyır: "Bundan başqa, görürük ki, bitkoin bir hesablaşma vasitəsindən çıxaraq maliyyə aktivinə çevrilir. Bu maliyyə aktivindən qısa müddətdə yüksək qazanc əldə etmək istəyənələr var və nəticədə, proses maliyyə piramidasına çevrilə bilər. Rusiya Bankı kriptovalyutaların əldə olunması üçün risksiz imkanları gözdən keçirir".

Mənbə: Report.az