Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100461S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-yə istinadən xəbər verilir ki, hərraca 17 investor ümumi məbləği 445 841 700 manat, qiyməti isə 99,2278 manat (10,01%) olan 24 sifariş təqdim edib.
AMB notların kəsmə və orta ölçülmüş qiymətini elə bu qədər müəyyən edərək qiymətli kağızların hamısını yerləşdirib.
Notların ödəmə tarixi 1 noyabr 2017-ci ildir.
Mənbə: Report.az