“Xalq Sığorta” səhmlərini bahalaşdırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Xalq Sığorta” səhmlərini bahalaşdırıb

“Xalq Sığorta” ASC nizamnamə kapitalını 13,51% və yaxud 5 320 800 manat artıraraq 44 709 500 manata çatdırıb.

Bu barədə “Report”a şirkətdən bildirilib.

Məlumata görə, kapital artımı “Xalq Sığorta”nın dövriyyədə olan 7,39 mln. ədəd səhminin nominal dəyərinin 5,33 manatdan 6,05 manata çatdırılması hesabına həyata keçirilib. Bunun üçün şirkətin 2016-cı ildə əldə etdiyi xalis mənfəətdən istifadə olunub.

Xatırladaq ki, "Xalq Sığorta" 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 50%-i isə "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik səhmdarı, "Bank Avrasiya" ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.