“Araz” və “Favorit” market şəbəkələri birləşir | Banco.az

“Araz” və “Favorit” market şəbəkələri birləşir

2011-ci ildən fəaliyyətə başlayan “Araz Supermarket” və 2008-ci ildən fəaliyyətdə olan “Favorit-Market” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyət göstərməyə qərar verib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla bağlı “Report”a daxil olan məlumatda bildirilir ki, "birləşmə bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək".