Gürcüstanda ÜDM 4,3% artıb | Banco.az

Gürcüstanda ÜDM 4,3% artıb

2017-ci ilin avqust ayında Gürcüstanda ÜDM-in artım tempi 4,3% təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ilk səkkiz ayı ərzində ÜDM-in artım tempi 4,7%-ə çatıb.

Avqust ayının digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 5,7% olub. İstehlak qiymətləri isə iyul ayı ilə müqayisədə 0,2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 12,2% artıb.

Ötən ay Gürcüstanda 3622 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 5% azdır.

Dövlət büdcəsinin gəlirləri 818,5 mln. lari, xərcləri isə 744,9 mln. lari təşkil edib.