Google-un 10 ƏN BÖYÜK alqı sövdəsi (infoqrafika) | Banco.az

Google-un 10 ƏN BÖYÜK alqı sövdəsi (infoqrafika)

Google axtarış mühərriki HTC smartfon biznesinin bir hissəsini 1,1 milyard dollara almaq niyyətini açıqlayıb. Pixel smartfonlarını hazırlayan bölməni özünə qatmaqla Google təhqiqat və inkişaf komandası da daxil olmaqla, HTC-nin 2000 əməkdaşı üzərində nəzarət əldə edəcək ki, bu da təxminən HTC-nin bütün əmək qüvvəsinin 1/5-nə bərabərdir.

 Baxmayaraq ki,Google HTC-nin manufaktura aktivlərini almır, bu gediş şirkətin Apple və Samsung ilə rəqabətə davamlı olması üçün daha innovativ olmağa doğru atmış olduğu addımı göstərir.

Aşağıdakı infoqrafika isə HTC-nin hissəli alqısının Google-un ən böyük udulmaları içərisində neçənci yerdə durduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Ümid edək ki, Google Motorola ilə olan səhvi təkrarlamaz, axtarış nəhəngi 12,5 milyard dollara almış olduğu şirkəti daha sonra, yəni iki il öncə 3 milyard dollara Lenovaya satmalı olmuşdur. 

Infographic: Google's 10 Biggest Acquisitions  | Statista